SİZİN REKLAM BURADA!
055 213 76 73



İranın Mazandaran vilayətində güclü daşqın səbəbindən 4 nəfər həlak olub.

Bu barədə “Tasnim” agentliyinə vilayətin Təcili Tibbi Yardım Mərkəzindən bildirilib. 
Cümə günü Mazəndəran və Gilan vilayətləri ərazisində yağan leysan yağış nəticəsində bəzi evlər dağılıb və yollar çöküb, habelə elektrik təchizatı, nəqliyyat və rabitədə fasilə yaranıb.

“Mehr” agentliyinin verdiyi xəbərə görə, Mazandaran vilayətinin 6 şəhərində məktəblər müvəqqəti bağlanıb.

BAKU.WS