VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


"İraq gözəli-2015" müsabiqəsinin qalibi Taru Faresi qətlə yetirilib.

BAKU.WS 
xarici KİV-ə istinadən xəbər verir ki, Ərbildə yaşayan Tarunu Bağdadda avtomobilində güllələyiblər.

O, öz avtomobilində başından və ürəyindən ölümcül güllə yaraları alıb.

Fres İraq gözəli seçildikdən sonra model fəaliyyəti göstərirdi. Onun sosial şəbəkələrdəki açıq-saçıq görüntüləri İraq ictimaiyyəti tərəfindən birmənalı qarşılanmırdı.

T.Faresin məhz bu səbəbdən öldürüldüyü iddia olunur.

İraqın rəsmi qurumları qətl faktını təsdiqləyib.

Zülfiyyə Qurbanova
BAKU.WS