SİZİN REKLAM BURADA!
055 213 76 73



Ermənistanın keçmiş prezidenti Serj Sarkisyan ölkənin baş naziri seçilib.

BAKU.WS xəbər verir ki, Ermənistan parlamentində keçirilən xüsusi iclas zamanı onun lehinə 77, əleyhinə 17 deputat səs verib.

Qeyd edək ki, Ermənistanda baş nazir postuna səsvermə kütləvi etirazlar fonunda keçirilib. Hazırda parlamentin üzvü, “Mənim addımım” təşəbbüsünün lideri Nikol Paşinyanın rəhbərliyi ilə İrəvanda etiraz aksiyası keçirir.

Konstitusiya dəyişikliyindən sonra Ermənistanda prezidentin səlahiyyətləri baş nazirə verilib. Ölkəni bundan sonra baş nazir idarə edəcək.

BAKU.WS