SİZİN REKLAM BURADA!
055 213 76 73



“Gürcüstan prezidentinin əfv etdiyi şəxslər sırasında 3 nəfər Azərbaycan Respublikasının vətəndaşı var”.

BAKU.WS-in məlumatına görə, bu sözləri “Report”a açıqlamasında Gürcüstan Əfv Komissiyasının sədri Zviad Koridze söyləyib.

Komissiya sədri deyib ki, Gürcüstan prezidentinin əfv etdiyi Azərbaycan Respublikası vətəndaşlarından biri bu gün həbsxanadan azadlığa çıxacaq: “Digər iki nəfərin isə cəzası azaldılıb”.

Z.Koridzenin sözlərinə görə, Komissiyada ümumilikdə 1182 müraciətə baxılıb. Gürcüstan prezidenti dekabrın 27-də onlardan 187 nəfərini əfv edib. Əfv olunanlardan 3-ü azyaşlı, 12-si qadındır. Əfv olunan 187 nəfərdən 123-ü bu gün cəzaçəkmə müəssisəsini tərk edəcək.

BAKU.WS