SİZİN REKLAM BURADA!
055 213 76 73



Tacikistan parlamentinin aşağı palatasına “Tütün məmulatlarından istifadənin məhdudlaşdırılması haqqında” qanun layihəsi daxil olub.

BAKU.WS xəbər verir ki, sənədə əsasən, ölkənin kafe, bar və restoranlarında siqaret və qəlyan çəkmək qadağan edilir.

Qadağa inzibati binalara, dövlət və qeyri-dövlət təşkilatlarındakı iş otaqlarına, həmçinin yaşayış binalarının bloklarına, liftlərə, yeraltı keçidlərə, aeroportlara, vağzallara, sanatoriyalara, yataqxana və ictimai nəqliyyatlara da şamil olunur.

BAKU.WS