Almaniya əsas dəmir yolu xəttini 5 aylıq təmirə bağlayır

Almaniyanın milli dəmir yolu şirkəti Deutsche Bahn (DB) təmir işləri üçün ölkənin ən yüklənmiş dəmir yolu xətlərindən biri üzrə qatarların hərəkətini dayandırıb.
Bu barədə "DW New" məlumat yayıb.
Frankfurt-Mayn və Mannheim arasındakı əsas turist mərkəzini birləşdirən 70 kilometrlik hissənin modernləşdirilməsi 5 ay davam edəcək.
Gündəlik olaraq 75 000-dən çox sərnişinin təmir işlərindən təsirlənəcəyi bildirilir. Bu marşrutla 300-dən çox regional, uzunmüddətli və yük qatarı hərəkət edir.
Qeyd edək ki, təmir işləri AVRO-2024 zamanı qatarların gecikməsi və ləğvi ilə bağlı tənqidlərdən sonra həyata keçirilir və 2031-ci ilə qədər 41 xəttin modernləşdirilməsi üzrə genişmiqyaslı layihənin bir hissəsidir.
Oxşar xəbərlər
Almaniya Ukraynaya hər il 5 milyard avro ayırmağı planlaşdırır
Almaniya Ukraynaya kömək üçün hər il 5 milyard avro ayırmaq niyyətindədir. BAKU.WS "report"a istinadən xəbər verir ki, bunu Almaniyanın maliyyə naziri Kristian...
