Yeniyetmələr dayanacaqdakı maşınları təpikləyib, şüşələrini sındırdılar - VİDEO

Yeniyetmələr dayanacaqdakı maşınları təpikləyib, şüşələrini sındırdılar - VİDEO
Video
Siyasət 309

Rusiyanın Moskva vilayətində yeniyetmələrin qapalı dayanacaqda avtomobilləri məhv etməsi təhlükəsizlik kameralarına düşüb

BAKU.WS "Qazeta.ru"ya istinadən xəbər verir ki, iki yeniyetmə qapalı dayanacaqda bir neçə avtomobili sıradan çıxarıb.

“İki yeniyetmə qapalı parka daxil olub. Uşaqlar əvvəlcə maşınları sındırmağa başladılar: ön şüşələrin üstünə tullandılar, qapıları sındırdılar və oradan çıxanda akkumulyatorları özləri ilə götürdülər”, - deyə nəşr yazır.

Nəticədə dörd avtomobilə ziyan dəyib. Yayımlanan görüntülərdə avtomobillərin şüşələrinin sındığı, kapotun əzik olduğu görünür. Polis artıq qanunu pozanları saxlayıb.

Hadisə anının görüntülərini təqdim edirik:

Son xəbərlər