SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Daxili işlər naziri Ali Yerlikaya Kayseridə yaşananlarla bağlı açıqlama verib. 

BAKU.WS xəbər verir ki, Yerlikaya həmin hadisəyə görə 67 şəxsin saxlanıldığını bildirib:

"Məsələ ilə bağlı dərhal istintaq başlandı. Lakin vətəndaşlarımız bu ərazidə toplaşıb və qanunsuz hərəkət edərək Suriyalı vətəndaşların evlərinə, iş yerlərinə və nəqliyyat vasitələrinə zərər vurublar. Polisin müdaxiləsi zamanı 67 nəfər saxlanılıb. Əraziyə toplaşan insanlar saat 02:00-dan sonra oranı tərk ediblər.

Türkiyə hüquqi dövlətidir. Təhlükəsizlik qüvvələrimiz dünən olduğu kimi bu gün də bütün cinayətkarlarla mübarizə aparır. Ali Türk ədaləti cinayətkarlara layiq olduqları cəzaları verir.  Biz xarici düşmənçiliyə yol verə bilmərik ki, bu bizim dinimizdə, mədəni dəyərlərimizdə, müqəddəs xalqımızın tarixində yoxdur".

Xatırladaq ki, Türkiyədə suriyalı kişi 5 yaşlı uşağa qarşı əxlaqsız hərəkətlər edib. Hadisə Kayseri şəhərində baş verib. Əraziyə çoxlu sayda polis, təcili yardım və yanğınsöndürmə briqadası cəlb edilib.

Hadisə zamanı 5 polis yaralanıb. 

BAKU.WS