İstilərlə bağlı XƏBƏRDARLIQ EDİLDİ - Temperatur 50 dərəcəyə yüksəldi - FOTO

Türkiyənin 3 bölgəsinə isti hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.
BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, Qaziantep, Şanlıurfa və Kilis bölgəsində şiddətli istilər hökm sürür.
Küçə və prospektlərdə insanlar sərinləmək üçün fəvvarələrdə sərinləyirlər. Ekspertlər hamilə və xroniki xəstəliyi olan vətəndaşlara çölə çıxmamağı məsləhət görürlər. Onların evdə qalaraq bol su qəbul etmələrini bildirib.
Türkiyədə ən yüksək temperatur isə Şanlıurfada qeydə alınıb. Burada temperatur 50 dərəcə göstərir. Hovuza girən uşaqlardan biri Abdulkadir Birgül "Çox istiyə dözə bilmirik. Havuzda sərinləyirik" deyərək açıqlama verib.
Kilisdə isə temperatur 40 dərəcədən aşağı düşmür. Burada bütün mərkəzi küçələr boş qalıb. Vətəndaşlar suda üzlərini yuyub, parklarda kölgə olan yerlərdə oturaraq sərinləməyə çalışırlar.
Qalereya
Oxşar xəbərlər
Türkiyəyə qızmar istilər gəlir: Temperatur 45 dərəcəyə çatacaq
Türkiyənin Mərmərə, Egey, Aralıq dənizi, İç Anadolu və Qərbi Qara dəniz bölgələrində havanın temperaturu mövsümi normadan 8-12 dərəcə yuxarı, digər bölgələrdə 4...