SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin İstanbul şəhərində 1997-ci ildə nişanlısını, 2008-ci ildə yatmış anasını 18 bıçaq zərbəsi ilə vuraraq öldürən və saxlandığı həbsxanadan qaçan Renç Armağan Haktanır İstanbulda tutulub.

BAKU.WS "Milliyet.com"a istinadən xəbər verir ki, əldə edilən məlumata görə, 1997-ci ildə narkotikdən istifadə etdiyi nişanlısının ölümündən məsul tutulan Renç 2007-ci ildə ögey atasını bıçaqladığı üçün axtarışda olub. Lakin daha sonra o, 2008-ci ildə yatmış anası Figen İskeçe 18- bıçaq zərbəsi ilə öldürüb.

O dövrdə aparılan istintaq çərçivəsində hər yerdə axtarılan şəxs Bursadakı anasının evində polisi tərəfindən tutularaq həbs edilib.

O, iki nəfərin ölümünə görə məsuliyyət daşıyaraq 25 il 17 ay 15 gün və ömürlük həbs cəzasına məhkum edilib.

Həbsxanada saxlanılarkən qaçan Haktanır izi tapılmadan izini itirmişdi. İllərdir hər yerdə axtarılan Haktanır xarici turistlərin və vətəndaşların cəmləşdiyi ərazilərdə ümumi ictimai asayişin təmin edilməsi, şübhəli şəxslərin müəyyən edilərək tutulması üçün çalışan polisin diqqətini çəkib.

Ötən bazar ertəsi Beyoğluda olan və Taksim Meydanı ətrafında təftiş aparn polis, narahat hərəkətləri ilə özünü büruzəverən Haktanırın sənədlərini yoxlayıb.

Onun polisə göstərdiyi şəxsiyyət vəsiqəsinin saxta olduğu üzə çıxdıqda onun barmaq izləri yoxlanılıb. Barmaq izlərindən onun axtarışda olduğu müəyyən edilib.

Renç Armağan Haktanır dərhal ən yaxın polis bölməsinə aparılıb. O, prosedurlar bitdikdən sonra məhkəmə tərəfindən tutularaq həbsxanaya göndərilib.

BAKU.WS