SİZİN REKLAM BURADA!
055 213 76 73


İngiltərə kral ailəsinə qohum olan dünya məşhurlarının adları açıqlanıb.

BAKU.WS BBC-yə istinadən xəbər verir ki, onlar arasında məşhur aktrisa Ancelina Coli və müğənni Beyons belə var.

BAKU.WS kral ailəsinə qohum olan dünya məşhurlarının siyahısını təqdim edir:

"Popun kraliçası" Madonna

Madonna və kraliça Kamilla eyni fransız dülgər nəslindəndirlər. 

Hollivud ulduzu Bred Pitt

Bred kraliça II Elizabetin qohumudur. "Findmypast.com"un araşdırmasına görə hər ikisi II Henrinin soy-kökündəndir.

Dünyaca məşhur müğənni Beyons

Beyons da kraliça II Elizabetin qohumudur. O kraliçanın yaxın olmasa da uzaqdan sohumu hesab edilir.

Məşhur aktrisa Ancelina Coli

Coli də kraliça II Elizabetə qohum olan məşhurlardandır

Aktyor Benedikt Kamberbeç

Benedikt Kamberbeç III Riçardın yaxın qohumudur.

Rejissor, prodüser Qay Riçi

Qay Riçi İngiltərə kral ailəsini soy-kökündəndir.

Böyük Britaniyalı aktrisa Tilda Suinton

O Şotlandiya kralı Robert the Bryusun soy-kökündən gəlib.

Tanınmış aktyor Hyu Qrant

Hyu kraliça II Elizabetin qohumudur. Aktyorun soy-kökü İngiltərə kralı VII Henriyə qədər gedir.

Məşhur Riçard Qir

Riçarda da bir çox məşhurlar kimi daha çox kraliça II Elizabetə qohumdur. Bu barədə "Findmypast.com"un araşdırmasında qeyd edilib.

Amerikalı aktrisa Hilari Daff

Hilari Daff "Findmypast.com"un araşdırmasına görə kraliça II Elizabetin uzaq qohumudur. 

BAKU.WS