SİZİN REKLAM BURADA!
055 213 76 73


Moskva yaxınlığındakı Krasnoqorskda "Crocus City Hall"da törədilən terror aktının qurbanlarının sayı 9-u azyaşlı olmaqla 382 nəfərə çatıb.

BAKU.WS-in xəbərinə görə, bu barədə TASS məlumat yayıb.

Bildirilib ki, 217 xəstəyə ambulator yardım göstərilib. 165 nəfər xəstəxanaya yerləşdirilib, onlardan 96 nəfər artıq evə buraxılıb.

Xatırladaq ki, martın 22-də Krasnoqorskda "Crocus City Hall" konsert zalında terror aktı baş verib. Silahlı dörd nəfər konsertə gələnlərə atəş açıb, partlayış törədib, daha sonra kompleksdə yanğın başlayıb. Terrorçular həbs olunublar.

Son məlumatlara görə, terror aktı nəticəsində həlak olanların sayı 143 nəfərdir.

BAKU.WS