SİZİN REKLAM BURADA!
055 213 76 73


Fransanın Daxili Təhlükəsizlik Baş İdarəsi (DGSI) ölkənin Daxili İşlər Nazirliyinə Olimpiya Oyunlarının açılış mərasimini hazırda planlaşdırıldığı formada keçirməməyi tövsiyə edib.

Bu barədə “Europe1” məlumat yayıb.

Fransa xüsusi xidmət orqanlarının məlumatına görə, terror aktları təhlükəsi səbəbindən tədbir iştirakçılar üçün təhlükəli ola bilər. Fransa kəşfiyyatı terrorçuların olimpiya qonaqlarına qarşı silah və ya nəqliyyat vasitəsindən istifadə edə biləcəyindən qorxur.

Baş İdarə hesab edir ki, Parisdə Olimpiya Oyunların açılış mərasimi B planına uyğun olaraq baş tutmalıdır.

Qeyd edək ki, açılış mərasimində təhlükəsizlik xidmətlərinin həddən artıq təhlükəli hesab etdiyi Sena çayı üzərində idmançıların genişmiqyaslı paradı nəzərdə tutulur.

BAKU.WS