SİZİN REKLAM BURADA!
055 213 76 73


Gündəlik həyatda hər birimizin qorxduğumuz nələrsə var. Kimi böcəkdən, kimisi isə yüksəklidən qorxur... Bu cür qorxular olduqca normal qarşılansa da, bəzilərinin çox qəribə qorxuları var.

BAKU.WS xarici KİV-ə istinadən qəribə qorxuları olan dünya məşhurlarının siyahısını təqdim edir:

Aktyor Conni Depp

Conni Depp klondan qorxur. O açıqlamalarından birində "Klounlardan qorxuram. Boyanmış bir sima və saxta gülüş məni narahat edir" deyərək bildirib. 

Aktrisa Nikol Kidman 

Nikol Kidman kəpənəklərdən qorxur. Avstarliyalı məşhur "Təyyarədən atlandım. Hamam böcəkləri ətrafımı bürüdü. Hər şeyi edə bilərəm. Amma kəpənəklərin mənə toxunmasını istəmirəm" deyərək müsahibələrindən birində qeyd edib. 

Müğənni Rihanna 

Barbadoslu Rihanna balıqdan qorxur. O dəniz heyvanlarından hətta kiçik balıqlardan belə qorxduğunu bildirib.

Aktrisa Skarlett Yohansson

Aktrisa quşlardan qorxur. "Sadəcə quşlardan qorxuram. Qanadları və dimdikləri məni qorxudur. Onları görəndə elə bil ki, bağrım çatlayır" -deyəərk bildirib.

Aktrisa Cennifer Eniston

Cennifer Eniston uçmaqdan qorxur. Hətta o bir dəfə mindiyi təyyarələrdən təcili düşmək istəyib. O dəhşətli dərəcədə təyyarə qorxuus olduğunu deyib.

Müğənni Liam Peyn

Liam Payne qaşıqdan qorxur. Keçmiş "One Direction" üzvü "Qaşıqlardan çox qorxmuram. Tuta bilirəm. Amma qaşıqla yemək yeməyi sevmirəm" -deyərək bildirib.

Aparıcı və aktrisa Opra Uinfri

Opra saqqızdan qorxur. O uşaqlıqda yaşadığı travma səbəbilə hər zaman saqqızdan qorxduğunu deyib.

Müğənni Rita Ora

Sənətçi tualetdən qorxur. "Nə zaman getsəm elə bilirəm unitazın içindən nəsə çıxacaq" -deyə Rita bildirib.

Aktrisa Meqan Foks

ABŞ-li aktrisa Megan Foks təyyarədə uçmaqdan qorxur eyni zamnada o qəzetlərə toxuna bilmir.

Aktrisa Pamela Anderson

Pamela güzgülərdən qorxduğunu deyib. 

BAKU.WS