Peskov: Putinlə görüşdə terror hücumu zərərçəkənlərinə dəstək məsələsi müzakirə olunacaq
25
mar
2024
14:20
Rusiya Prezidenti Vladimir Putinin “Crocus City Hall”da baş vermiş terror aktının nəticələrinə dair keçirəcəyi görüşdə əsas mövzulardan biri zərərçəkənlərə dəstək məsələsi olacaq.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov brifinqdə bildirib.
“Görüş məhz bu məqsədlə çağırılır və əsasən bu mövzu müzakirə olunacaq”, - Kreml nümayəndəsi deyib.
Peskov vurğulayıb ki, Putin hələlik “Crocus City Hall”da faciə baş vermiş yerə getməyi planlaşdırmır.
Oxşar xəbərlər
“Crocus City Hall”a terror hücumunda şübhəlinin dindirilmə anı: “500 min rubla görə öldürdüm” - VİDEO
Moskva vilayətində yerləşən “Crocus City Hall” konsert kompleksində terror hücumunda şübhəli bilinənlərdən birinin dindirilməsinin görüntüləri yayılıb. Məlumata...