SİZİN REKLAM BURADA!
055 213 76 73


Amerikalı aktrisa Melissa Coan Hart son görüntüsü ilə gündəm olub.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, xəbər verir ki, 90-cı illərin məşhur aktrisasının paylaşdığı son selfi sevənlərini kədərləndirib.

Onun makiyajının axması və saç dibinin boyasının olmaması izləyicilərin diqqətindən yayınmayıb. Onlar aktrisanın baxımsız halına görə pis olublar.

Daha sonra onun bu fotosunun bir filmin çəkiliş meydanında lentə alındığı bildirilib.

"Sevimli hiss etdim. Bəlkə sonra bu fotanu silərəm" - deyərək, aktrisa şəkilinə qısa şərh də əlavə edib.

Onu sevənlər buna qarşılıq olaraq "Nə olub sənə? Dəli kimi görünürsən! Yaxşısan? Niyə belə görünürüsən?" kimi mənfi reaksiya veriblər.

47 yaşlı aktrisa 1996-2003-cü illərdə yayımlanan "Gənc cadügər Sabrina" adlı serialda Sabrina Spellman obrazını yaradıb. Onun hazırda çəkildiyi "Bad Guardian" filmi məşhur müğənni Britni Spirsin yaşadığı həyat hekayəsindən bəhs edir. 

BAKU.WS