SİZİN REKLAM BURADA!
055 213 76 73


Müğənni Britni Spirsin qohumları onun yüksək dozada narkotik maddə qəbul etdiyini iddia ediblər.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, yaxınları sənətçinin bir müddət sonra Emi Uaynhauz kimi narkotik maddədən vəfat edəcəyini açıqlayıblar. Atasının mal-mülkü üzərindəki vərəsəliyini məhkəmə yolu ilə əlindən alan müğənni son 18 ayı çox çətin keçirir.

"Daily Mail"in məlumatına görə, yarıçılpaq şəkilləri ilə gündəmə gələn Spirsin psixoloji sarsıntı keçirdiyi məlum olub. Britninin çətin dövrlərinin hələ də davam etdiyi bildirilir. 

2004 və 2007-ci illərdə sənətçi ilə evli olan keçmiş əri Kevin Federline, "Britni metamfetamin istifadə edir deyə düşünürəm. Bir adamın bunu ictimaiyyətə bildirməyi lazım idi. Onun özünə gəlməyi üçün dua edirəm. Bu çox qorxunc bir şeydir. O, mənim uşaqlarımın anasıdır", - sözlərini söyləyib. 

Britninin böyük oğlu Preston 17, kiçik oğlu Ceyden isə 16 yaşındadır. Onlar analarının evindən xeyli miqdarda naroktik maddə müsadirə edildiyi üçün onunla görüşməyi rədd edirlər. 

 

BAKU.WS