SİZİN REKLAM BURADA!
055 213 76 73


Hollivud ulduzlarının bir çoxu milyonluq malikanələrini satışa çıxarırlar. 

BAKU.WS xəbər verir ki, bu barədə "Independent" məlumat yayıb. 

Bildirilib ki, ulduzlar külli miqdarda vergi borcları olduqları üçün bu addımı atıblar. Onlar aprelin 1-dən etibarən lüks malikanələrini alıcılara təklif edəcəklər.

Sözügedən məşhurlar arasında aktyorlar Cim Kerri, Mark Uolberq, müğənni Britni Spirs də var. 

Məşhur aktyor Cim Kerrinin 1179 kvadratmetrlik evi 29 milyon dollara satışa təqdim olunur.

Müğənni Britni Spirsin Kalabasasdakı 1082 kvadratmetrlik mənzili 12 milyon dollara satılır. 

BAKU.WS