SİZİN REKLAM BURADA!
055 213 76 73


Amerika Birləşmiş Ştatlarının keçmiş prezidenti Donald Tramp lüks evini satışa çıxarıb.

BAKU.WS xəbər verir ki, o, ötən ilin martında satmaq istədiyi dəbdəbəli malikanəsinin qiymətini bu il 10 milyon dollar (17 milyon AZN) artırıb.

Hazırda Trampın daşınmaz əmlakı alıcılara 59 milyon dollara (100 milyon 300 min AZN) təklif edilir.

Lüks malikanə Donaldın oğlu Erik Trampın idarə etdiyi "1125 South Ocean" şirkətinə aiddir. Lüks və geniş ev okean sahilində yerləşir. Sahəsi 761 kvadratmetr olan villa 8 qonaq və 11 vanna otağından ibarətdir. 

Sözügedən malikanəni Tramp 2018-ci ildə bacısı Maryanni Trampdan 18 milyon 500 min dollara (31 milyon 430 min AZN) satın alıb. 

BAKU.WS