SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur müğənni Britni Spirs həyat yoldaşı Sam Asgharini döyüb. 

BAKU.WS xəbər verir ki, bu barədə Qərb mediasının müxtəlif xəbər portallarında məlumatlar dərc edilib. 

Qeyd edilib ki, Britni həyat yoldaşına bir neçə dəfə ağır yumruq zərbələri endirib. Samın qışqırıq səsləri qonşuları narahat edib. Onlar cütlüyün evinə polis əməkdaşlarını çağırıblar. 

Yaşananlardan sonra Britni ərini lüks mailkanəsindən qovub. Cütlüyün yaxın dostlarının yaydığı məlumata əsasən, elə Sam Asghari də uzun müddətdir Britnidən ayrılmaq istəyirmiş.

Xatırladaq ki, sənətçi ilə həyat yoldaşı 5 il sevgili olduqdan sonra 2022-ci ilin iyununda ailə qurub. Cütlüyün toyuna Madonna, Paris Hilton, Selena Gomez kimi məşhurlar qatılıb. 

BAKU.WS