SİZİN REKLAM BURADA!
055 213 76 73


"Hababam Sınıfı Dokuz Doğuruyor" filminin "Kıvırcık Ömer"i Talip Güran uzun illərdən sonra yenidən görüntülənib.

BAKU.WS xəbər verir ki, aktyor son halı və gördüyü işi ilə marağa səbəb olub. Hazırda Türkiyənin turizm bölgəsi olan Bodrumda yaşayan Talip taxta stol-stul düzəldərək onları satır.

Film sektorundan uzaq düşən Güran gəlirini satışdan əldə etdiyi pulla təmin edir. Xarici görünüşü də xeyli dəyişən aktyoru sevənləri tanımaqda mətinlik çəkiblər. Talip eyni zamanda kiçik restoran da işlədir. 

"İtirdiklərimizi xatırladıqca insan kədərlənir. İnsan həmişə keçmişi anır. Keçmişdən bu günə nə gətirdik indi nə edirik deyə insan düşünür" deyə aktyor keçmiş vaxtlarından danışıb. 

BAKU.WS