SİZİN REKLAM BURADA!
055 213 76 73


ABŞ-də "Rhode Island" Universitetinin psixoloqları yuxusuzluğun insanların emosional həyatına mənfi təsir göstərdiyini aşkarlayıblar.

BAKU.WS xəbər verir ki, bu barədə araşdırma "Journal of Sleep Research" (JSR) nəşrində dərc edilib.

"Yuxusuzluq insan bədənində bütün bioloji və psixoloji proseslərə təsir göstərir, psixi sağlamlıqla birbaşa əlaqəli görünür", - deyə araşdırmalarda qeyd edilib.

Təcrübə zamanı iştirakçılara 16 video göstərilib. Videodakı təsvirlər müsbət, neytral və qarışıq emosiyalara bölünüb.

İştirakçılar bu videoları ardıcıllıqla izləyiblər.

Baxışlar nəzarət edilən laboratoriya şəraitində aparılıb, burada diqqət dağıdıcı faktorlar minimuma endirilib. Alimlər könüllülərdə müxtəlif duyğular qeydə alıblar.

Testlər göstərir ki, yuxusuzluq insanların müsbət emosiyalar yaratmaq üçün nəzərdə tutulan informasiyalara daha az reaksiya verdiyini göstərir. 

Psixoloqlar belə bir nəticəyə gəliblər ki, davamlı olaraq yuxusuzluq insanların sevinc və yumor kimi müsbət emosional stimullardan məhrum edir.

Bu, insanın psixi sağlamlığına və ümumi rifahına mənfi təsir göstərə bilər. Alimlər sağlam emosional reaksiyaların qorunması üçün mümkünsə 7-8 saat yatmaqğı tövsiyə edirlər.

BAKU.WS