Türkiyənin ilk astronavtı Alper Gezeravcı Yerə qayıdır - VİDEO

Türkiyənin ilk astronavtı Alper Gezeravcı Yerə qayıdır - VİDEO
Video
Siyasət 281

Türkiyənin ilk astronavtı Alper Gezeravcı Yerə qayıdır.

BAKU.WS Türkiyə KİV-ə istinadən xəbər verir ki, bu barədə "Axiom Space" şirkəti sosial şəbəkə hesabında qeyd edib.

O, Türkiyə saatı ilə 17:50-də kosmosdan ayrılacaq. Kosmosda qaldığı iki həftə ərzində 13 fərqli təcrübə keçən Gezeravcı dragan kapsülü (ABŞ-ın kosmik daşımacılıq şirkəti olan SpaceX tərəfindən hazırlanan kosmik qurğu-red.) ilə Yerə qayıdır.

Onun ABŞ-nin Orlando bölgəsinə eniş etməsi planlaşdırılır.

Xatırladaq ki, Alper Gezeravcını kosmosa apaan gəmi yanvarın 16-da ABŞ-nin Florida ştatından Kennedy kosmos mərkəzindən səmaya buraxılmışdı.

Alperin kosmosda ilk cümləsi "Gələcək göylərdədir" olmuşdur.

Gezeravcı, 1979-cu Mersin şəhərinin Silifke bölgəsində doğulub.

Türkiyənin müxtəlif bölgələrində yaşayıb. "Axiom Space" rəsmi instaqram hesabında yer alan xəbərə görə, o İstanbul Hərbi Hava Qüvvələrində "Elektornika mühəndisliyi" ixtiasaını bitirib. Onun 15 illik uçuş təcrübəsi var.

Son xəbərlər