Uzun və sağlam yaşamaq üçün bu qədər addım atmalısınız - ARAŞDIRMA

Uzun və sağlam yaşamaq üçün bu qədər addım atmalısınız - ARAŞDIRMA
Siyasət 5

Alimlər erkən ölüm riskini azaltmaq üçün gündə neçə addım atmaq lazım olduğunu müəyyən ediblər.

BAKU.WS xarici KİV-Ə istinadən xəbər verir ki, uzun və sağlam bir həyat sürmək üçün adətən gündə 10 min addım atmaq lazımdır.

Lakin dörd qitədə on minlərlə insanın iştirakı ilə aparılan 15 tədqiqatın təhlili zamanı elm adamları sağlam yaşamaq üçün hər gün 6000 addım atmağın yetərli olduğunu qeyd ediblər.

"Beləliklə, erkən ölüm riskinin tədricən azaldığını görürük, addımların sayı artır və bu risk azalır" - deyə ABŞ-nin Massachusetts Universitetinin epidemioloqu Amanda Paluç bildirib.

2021-ci ildə Paluç və onun komandası ABŞ-də yaşayan 2000-dən çox orta yaşlı insanın məlumatlarının təhlilinə əsaslanan bir araşdırma dərc edib.

Gündə ən azı 7000 addım atmağın erkən ölüm riskini 50-70% azaltdıığı aşkarlanıb.

Asiya, Avstraliya, Avropa və Şimali Amerikadan olan 47 471 sağlam insan üzərində aparılan araşdırmalar zamanı hər gün 7000 addım atan orta yaşlı insanarın ölüm ehtimalının 40-53% azaldığı müəyyən edilib. 60 yaşından böyük şəxslər üçün isə bu göstərici gündə 6000-8000 addım arasında dəyişir.

Son xəbərlər