Tanınmış müğənninin biznesmen bacısı faciəvi şəkildə vəfat etdi - FOTO

Tanınmış müğənninin biznesmen bacısı faciəvi şəkildə vəfat etdi - FOTO
Siyasət 1123

Daha əvvəl “O Ses Türkiye” müsabiqəsində iştirak edən və ifalarıyla tanınan türkiyəli gənc müğənni Esra Akmanın gözəllik mərkəzi sahibi olan bacısı faciəvi şəkildə vəfat edib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Özlem Akman 10-cu mərtəbədən yıxılaraq dünyasını dəyişib.

Fotoda: müğənni Esra Akman

Dəhşətli hadisə gecə saat 01:00 radələrində mərkəzi Nilüfer səmtinin Özlüce məhəlləsində, dəbdəbəli yaşayış binasında baş verib.

Fotoda: Özlem Akman

Məlumata görə, müğənni Esra Akmanın bacısı Özlem Akman müvazinətini itirərək 10-cu mərtəbədən yıxılıb.

Xəbər verildikdən sonra hadisə yerinə çoxlu tibb və polis qrupları göndərilib. Hadisə yerinə gələn sağlamlıq qrupları ilkin tibbi yardımdan sonra Özlem Akmanı xəstəxanaya aparıb. Akman bütün müdaxilələrə baxmayaraq həyatını itirib.

Son xəbərlər