Berlində minlərlə fermer nümayiş keçirib
Almaniyanın paytaxtı Berlində minlərlə fermer hökumətin subsidiyaları azaltmaq və vergi güzəştlərini ləğv etmək planlarına etiraz etmək üçün məşhur Brandenburq qapısına toplaşıb.
“Report” xəbər verir ki, onlar səhər saatlarında paytaxtın mərkəzi küçələrini kənd təsərrüfatı texnikası ilə bağlayıb, şəhərdə nəqliyyatın hərəkətinə maneələr yaradıblar.
Qeyd edilib ki, bazar günü traktorlar, yarımqoşqular, traktorlar hökumət məhəlləsinə daxil olub.
“Bild” qəzetinin məlumatına görə, ərazidə 2 minə yaxın kənd təsərrüfatı texnikası var. Polis hökumət məhəlləsinin girişlərini bağlayıb və texnikanı şəhərin digər ərazilərinə yönləndirib.
Oxşar xəbərlər
Yeni ili hansı ölkələrdə qeyd etmək olar? - FOTO
Yeni il gecəsini hansı şəhərlər ən möhtəşəm qeyd edir? Yeni il müxtəlif ölkələrdə eyni həvəslə, eyni ruh yüksəkliyi, eyni coşqu ilə qarşılanır. BAKU.WS xarici m...