SİZİN REKLAM BURADA!
055 213 76 73


2023-cü ildə dünya “Fridends” serialı ilə tanınan Metyu Perridən tutmuş, güclü səsi və səhnə performansları ilə tanınan Rok-n-Roll kraliçası ləqəbli amerikalı müğənni Tina Törnerə qədər bir çox məşhur adın ölümünün şahidi olub.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, 2023-cü ildə dünyasını dəyişən əcnəbi məşhurları təqdim edir:

Metyu Perri

Metyu Perri “Fridends” serialında “Çandler Binq” obrazı ilə yadda qalan 54 yaşlı amerikalı aktyor Metyu Perri oktyabrın 28-də dünyasını dəyişib. ABŞ-da "Televiziya Oskarları" olaraq xarakterizə edilən Emmi mükafatına namizəd olan Perrinin ölümünə anestezik məqsədli istifadə edilən ketaminin təsirindən qaynaqlandığı müəyyən edilib.

Sinead O'Connor

Sinead O'Connor kimi tanınan və İslamı qəbul etdikdən sonra Şüheda adını alan 56 yaşlı irlandiyalı müğənni iyulun 26-da vəfat edib. 90-cı illərdə “Nothing Compares 2 U” mahnısı ilə dünya şöhrəti qazanan, adını xeyriyyə konsertləri ilə yanaşı, solo albomları ilə də dilə gətirən məşhur müğənni 2018-ci ildə müsəlman olduğunu açıqlamışdı.

Tina Törner

Güclü səsi və səhnə performansı ilə tanınan “Rok-n-Roll kraliçası” ləqəbli amerikalı müğənni Tina Törner mayın 24-də dünyasını dəyişib. Turner peşəkar həyatı boyu musiqi dünyasına gətirdiyi bənzərsiz əsərləri ilə adından söz etdirmiş, hit mahnıları ilə dövrün ən ilhamverici sənətçilərindən biri olmuşdur.

Kenzaburo Oe

Yaponiyada sülh konstitusiyasının dəstəyi və nüvə enerjisinə qarşı baxışları ilə tanınan Nobel mükafatlı yazıçı Kenzaburo Oe martın 3-də vəfat edib. Ümumiyyətlə, İkinci Dünya Müharibəsindən sonra yetişən nəslin hisslərini əsərlərində ehtiva edən Oe, güclü ictimai-siyasi tənqidləri ilə yapon ədəbiyyatında özünəməxsus yer qazanmışdır. Oe 1994-cü ildə Ədəbiyyat üzrə Nobel Mükafatına da layiq görülüb və bu mükafatı alan ikinci yapon yazıçısı olub.

MIilan Kundera

Ədəbi dünyaya bir çox əsərlər, xüsusilə də "Varlığın dözülməz yüngüllüyü" romanı ilə töhfə vermiş çex-fransız yazıçısı Milan Kundera iyulun 11-də vəfat edib. 20-ci əsrin önəmli yazıçılarından sayılan Kundera yazdığı roman, hekayə, esse və şeirləri ilə ədəbiyyat dünyasının ən tanınmış adlarından biri olub.

BAKU.WS