SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhurlar İsveçrənin Sürix şəhəri yaxınlığındakı evində vəfat edən məşhur müğənni Tina Törneri anmaqda davam edirlər. Bu dəfə tanınmış müğənni Beyons Tina Törneri xatırlayıb.

BAKU.WS xəbər verir ki, sənətçi çıxış etdiyi Paris səhnəsində Tina Törneri yada salaraq həyatında mühüm yer tutduğunu deyib:

"Əgər mənim pərəstişkarımsınızsa, onda Tina Törnerin də pərəstişkarısınız. Çünki Tina olmasaydı mən bu səhnədə olmazdım. Onun ürəyinin böyüklüyünə şahid olduğum üçün özümü çox şanslı hesab edirəm".

Məlumat üçün bildirək ki, hər iki məşhur 2008-ci ildə keçirilən "Grammy" mükafatlarının təqdim olunma mərasimində "Proud Mary" mahnısını duet formasında ifa edib. 


BAKU.WS