SİZİN REKLAM BURADA!
055 213 76 73


Çirkli pulların yuyulması və vergidən yayınma ittihamı ilə həbs edilən Engin və Dilan Polat cütlüyünün vəkili Hüseyn Kara təəccüblü açıqlama verib.

BAKU.WS xəbər verir ki, o, bu barədə "Ankara Masası" yayımına danışıb.

Dilan Polatın həbsxanada çox dəyişdiyindən danışan Kara sözlərini belə davam etdirib:

"Dilan dedi ki, əlini ver, öpüm, yaxşı dedim. Əlimdən öpülməsini sevmirəm. Sonra birdən dedi ki, Enginin yanına gedəcəksənsə, əlini silmədən get, o əlini Engin də öpsün. Əlim iki nəfərin sevgisinə obyekt oldu. Enginin yanına getdim, o da əlimi öpdü.

Engin saqqalını qırxıb, saçını kəsib, namaz qılmağa başlayıb. Kitab oxuyur. Dilan Polat “İnşirah” surəsini ərəbcədən tərcümə edib, oxuyur. O, bir neçə surə bilir”.

Engin Polatın tək nəfərlik kamerada qaldığını və buna görə çox peşman olduğunu deyən Hüseyn Kara, “Engin deyir ki, “kaş tanınmasaydıq, kaş minimum əməkhaqqı alsaydıq, mən də ailəmlə, uşaqlarımla rahat gəzə bilsəydim".

BAKU.WS
VİDEO