SİZİN REKLAM BURADA!
055 213 76 73


Hindistanda hər kəsi şoka salan cinayət hadisəsi baş verib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Qanjam şəhərində yaşayan 25 yaşlı Qaneş Patra uzun müddətdir problem yaşadığı arvadı və iki yaşlı qızını qətlə yetirib.

Qaneş onlar yuxuda olarkən otağa kobra salıb nəticədə ana ilə qızı ilan sancmasından vəfat edib.

Cinayəti törətməkdə şübhəli bilinən Qaneş tutularaq həbs edilib.

Polis hadisə barədə mətbuata açıqlama verərəkən, Qaneşin ilan satıcısından kobra aldığını, daha sonra həyat yoldaşı ilə qızının yatdığı çarpayının altına atdığını bildirib.

Cinayət hadisəsindən ilk Qaneşin arvadının ailəsi xəbər tutub. Onlar qızları ilə uzun müddət əlaqə saxlaya bilməyiblər.

Evə gələndə isə faciəvi mənzərə ilə qarşılaşıblar. Dərhal xəstəxanaya yerləşdirilən ana ilə qızının həyatını xilas etmək mümkün olmayıb.

Aparılan ekspertiza zamanı onların ilan sancmasından öldüyü təsdiqlənib.

Qaneş arvadı ilə 3 il əvvəl, yəni 2020-ci ildə evlənib. Onların ailə həyatında ilk gündən problemlər yaşanıb. Qadın hətta bir müddət əvvəl ərinin evdən uzaq qalması üçün məhkəməyə də müraciət edib. 

BAKU.WS