SİZİN REKLAM BURADA!
055 213 76 73


Hindistanda ağlasığmaz qətl hadisəsi baş verib.

BAKU.WS xəbər verir ki, Haldvani şəhərində 30 yaşlı iş adamı kobra ilanı ilə öldürülüb.

Məlumata görə, hadisə 5 nəfər tərəfindən təşkil edilib.

Onların arasında iş adamının sevgilisi və ilan təlimçisi də var. Şübhəlilərdən 4-ü qaçıb. İlan təlimçisi isə saxlanılıb.

"Hindistan Times" qəzetinin məlumatına görə, iş adamının cəsədi evindən uzaqda tapılıb.

Polis onun ayağında ilan sancmasının olduğunu müşahidə edib.

Məlum olub ki, Ankit Çauhanı adlı iş adamının sevgilisi və 3 nəfər ilan təlimçisi ilə razılaşaraq onu öldürüblər.

Hadisənin səbəbləri araşdırılır. Şübhəlilərin axtarışları davam edir.

Kobra ilanı ilə törədilən qətl ölkədə gündəm olub.

BAKU.WS
QALEREYA