SİZİN REKLAM BURADA!
055 213 76 73


İtaliyanın cənubunda yerləşən Etna vulkanı yenidən aktivləşib.

BAKU.WS xarici mətbuata istinadən xəbər verir ki, Siciliya adasında hündürlüyü təxminən 3300 metr olan Etna dağı dünən axşam saatlarında kül və lava püskürməyə başlayıb.

İtaliya Milli Geofizika və Vulkanologiya İnstitutunun (INGV) Kataniya bölməsindən verilən açıqlamada Etnanın cənub-şərqindəki kraterdən güclü lava axınının olduğu və vulkanın püskürdüyü küllərin təxminən 4500 metr yüksəkliyə çatdığı bildirilib.

İtaliya mətbuatında yer alan xəbərlərdə Etnadakı lava axınının kilometrlərlə uzaqdan göründüyü və vulkandakı vulkanik aktivliyə görə bölgədən keçən təyyarələrə qırmızı kod xəbərdarlığının edildiyi qeyd edilib.

Etnanın yaydığı kül səbəbiylə Zafferana kimi vulkanın ətrafındakı yaşayış məntəqələrində bir çox küçə və nəqliyyat vasitələrinin külə büründüyü bildirilib.

Qeyd edək ki, Etna Avropa qitəsinin ən yüksək aktiv vulkanıdır.

BAKU.WS