SİZİN REKLAM BURADA!
055 213 76 73


İndoneziyanın Yava adasında Merapi vulkanı püskürüb.

BAKU.WS “oxu.az”a istinadən xəbər verir ki, lava axınları kraterdən demək olar ki, iki kilometr məsafəyə yayılıb.

Merapiyə nəzarət edən elmi stansiyanın əməkdaşı vulkanın ağzından 350 metr hündürlüyə qədər tüstü qalxdığını bildirib.

Yerli sakinlərə yeddi kilometrlik mühafizə zonasına daxil olmamaq, həmçinin dağ çaylarından uzaq durmaq tövsiyə olunur. Lava axınları və isti kül buludları potensial təhlükə yaradır.

BAKU.WS