SİZİN REKLAM BURADA!
055 213 76 73


Rusiyanın Kamçatka bölgəsində ən aktiv vulkan kimi tanınan Şiveluç vulkanı təxminən 6 aydan sonra yenidən aktivləşib.

BAKU.WS Rusiya Elmlər Akademiyasının Uzaq Şərq Bölməsinin Vulkan Elmi və Seysmologiya İnstitutuna istinadən xəbər verir ki, vulkan püskürməsindən sonra kül buludları 15-20 kilometr yüksəkliyə qalxıb.

Qısa müddətdə yayılan kül vulkandan ən azı 50 kilometr aralıda yerləşən yaşayış məntəqələrini bürüyüb. Vulkanla bağlı heç bir təhlükə olmasa da, bölgəyə yayılan kül həyatı iflic edib.

Bölgə rəhbərliyi magistral yolların nəqliyyatın hərəkətinə bağlandığını açıqlayıb. Bundan əlavə məktəblərin də fəaliyyəti müvəqqəti dayandırılıb.

Hazırda ərazidəki evlərin içməli su xətləri zədələndiyindən kranlardan palçıq axır.

Rusiya Elmlər Akademiyası Uzaq Şərq Bölməsinin Vulkan Elmi və Seysmologiya İnstitutunun direktoru Aleksey Ozerov Kamçatkada həyatı iflic edən kül hadisəsi ilə bağlı açıqlama verərək bölgəyə yayılan külün 6-8 santimetr qalınlığına çatdığını açıqlayıb.

Sonuncu dəfə belə hadisə 1964-cü ildə baş verib. Yerli hökumətlərdən son 60 ilin ən böyük kül işğalına qarşı heç bir izahat verilməyib.

BAKU.WS
QALEREYA