SİZİN REKLAM BURADA!
055 213 76 73


Dünyanın ən aktiv vulkanlarından sayılan ABŞ-nin Havay adalarında Kilauea vulkanının zirvə kraterində püskürmə baş verib.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ Geoloji Tədqiqat Xidməti (USGS) Havay Vulkan Rəsədxanasının Kilauea zirvəsinin kamera görüntülərində püskürmənin başlanğıcını göstərən parıltılar aşkar etdiyini bildirib.

Lava axınının püskürmənin başladığı Halemaumau kraterində əmələ gələn çatlardan müəyyən edildiyini bildirən USGS, vulkandakı fəaliyyətin yalnız Halemaumauda olduğunu və təhlükənin püskürmənin gedişatına uyğun olaraq yenidən qiymətləndiriləcəyini açıqlayıb.

Bundan əlavə, Havay Fövqəladə Hallar İdarəsinin yaydığı məlumata görə, bölgədəki yaşayış məntəqələri təhlükə altında deyil.

Qeyd edək ki, dünyanın ən aktiv vulkanlarından biri olan Kilauea 1983-cü ildən püskürməyə başlayıb.

BAKU.WS
QALEREYA