SİZİN REKLAM BURADA!
055 213 76 73


Kopenhagen Universitetinin alimləri müəyyən ediblər ki, taxıl, çörək və düyü kimi tam taxıllı qidalar uşaqların ürək və damar sağlamlığı üçün faydalıdır.

BAKU.WS-in xəbərinə görə, araşdırmanın nəticələri "Science Direct"də dərc edilib.

Dörd günlük tədqiqatda tam taxıllara allergiyası olmayan 8-13 yaş arası 55 uşaq iştirak edib. Alimlər iştirakçıların boyu, çəkisi və qan təzyiqini qeyd edərək sağlamlıqları haqqında məlumat toplayıblar. Uşaqlardan səhər yeməyi, nahar və şam yeməyində (digər yeməklərlə birlikdə) düyü, çörək, buğda, yulaf, qarğıdalı və düyü yemək tələb olunub. Ümumilikdə gündə 150-200 qram belə məhsul yemək lazım idi.

Təcrübənin sonunda məlum oldu ki, bu cür pəhriz iştirakçıların qanında LDL səviyyəsini azaltmağa kömək edib. LDL aşağı sıxlıqlı lipoproteindir və əsas funksiyası xolesterolu daşımaqdır. Onlar son dərəcə aterogen hesab olunurlar (qan damarlarının divarlarına yerləşmə qabiliyyətinə malikdirlər). Qan axını zəifləyir və zaman keçdikcə lövhələr damarı bağlayır. 

Yüksək LDL səviyyələri aterosklerozun əsas səbəblərindən biridir və ürək-damar xəstəliklərinin - infarkt, insult riskini əhəmiyyətli dərəcədə artırır.

Alimlər qeyd ediblər ki, tam taxılların ürək-damar sağlamlığına müsbət təsirinin altında yatan mexanizmlər hələ də öyrənilməyib. Daha çox araşdırmalar aparmağa ehtiyac var.

BAKU.WS