SİZİN REKLAM BURADA!
055 213 76 73


Ali məhkəmədə 50-dən artıq şəxs COVID 19 peyvəndi "AstraZeneca"dan zərərçəkdiyini bildiərək bunu sübuta yetirib. 

BAKU.WS "Euronews"a istinadən xəbər verir ki, bu barədə "The Daily Telegraph" məlumat yayıb.

İngiltərə-İsveç istehsallı peyvənd olan "AstraZeneca"nın, "nadir, lakin təhükəli mənfi təsiri olduğunu" qəbul edərək peyvəndlərin kütləvi şəkildə geri qaytarılmasına qərar verilib.

Məlumatda o da qeyd edilib ki, şirkət satış icazəsinin geri çəkdikdən sonra artıq Avropa Birliyi ölkələrində ondan istifadə edilməyəcək.

Xatırladaq ki, "AstraZeneca" COVID 19 peyvəndinin nadir mənfi təsirləri ola biləcəyini məhkəmə sənədləri ilə qəbul edib. Dərman şirkəti COVID 19 peyvəndi ilə bağlı kütləvi şikayətdə birdən çox iddia ilə qarşı-qarşıya qalıb.

Onu da bildirək ki, Şirkətə qarşı ilk hüquqi prosedur 2021-ci ilin aprelində başladılıb. Belə ki, işləməyən və iki uşaq atası olan Ceymi Skott adlı şəxsin peyvənd olunduqdan sonra beyin damarında laxtalanma yaranıb. 

BAKU.WS