SİZİN REKLAM BURADA!
055 213 76 73


“AstraZeneca” şirkəti Çex Respublikasına koronavirus peyvəndinin tədarükünü 40% azaldır.

BAKU.WS “Tass” agentliyinə istinadən xəbər verir ki, gələn həftə ərzində ölkəyə razılşadırılmış 16,8 min doza peyvənd əvəzinə 9,6 min “AstraZeneca” peyvəndi, 22-28 mart tarixlərində isə 88 min doza əvəzinə 10,8 min doza peyvənd tədarük olunacaq.

Çex Respublikasına “AstraZeneca” ilə yanaşı, ABŞ-ın “Pfize” və “Moderna”, Almaniyanın “BioNTech” peyvəndləri tədarük olunur. 

Qeyd edək ki,“AstraZeneca” şirkəti cari ilin I və II rübündə AB ölkələrinə peyvənd tədarükünün 73% azalacağını açıqlamışdı.

BAKU.WS