SİZİN REKLAM BURADA!
055 213 76 73


Məşhur repçi Deykin Kanadadakı malikanəsinin önündə silahlı hücum olub.

BAKU.WS xarici KİV-ə istinadən xəbər verir ki, Toronto polisinin yaydığı məlumata əsasən, hadisə ötən gün günorta saatlarında yaşanıb.

 Silahlı hücum zamanı bir polis yaralanıb. O təcili olaraq xəstəxanaya yerləşdirilib.

Hazırda onun müalicəsi davam etdirilir. Həmin vaxt Deykin evdə olub-olmadığı barədə informasiya verilməyib.

Lakin repçinin evdə çalışan işçiləri istintaqa kömək edəcəklərini bildiriblər. Polis hadisənin hansı səbəbdən verdiyini hələ ki, araşdırır.

Xatırladaq ki, Dreyk bütün dövrlərin ən çox albom satışı həyata keçirən repçi kimi tanınır. 

BAKU.WS