BMT-nin Qəzza sektorunda ölən əməkdaşlarının sayı 60-ı ötüb
30
okt
2023
21:36
Fələstin-İsrail münaqişəsinin şiddətləndiyi vaxtdan bəri BMT-nin bölgədəki 63 əməkdaşı ölüb.
“Report” Rusiya KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlərin Təşkilatı üzrə Yaxın Şərq Agentliyinin (UNRWA) bəyanatında deyilir.
Agentliyin məlumatına görə, son 72 saat ərzində BMT-nin 10 əməkdaşı Qəzza zolağında ölüb və bununla da oktyabrın 7-dən bu yana dünyasını dəyişənlərin ümumi sayı 63-ə çatıb.
Qeyd olunub ki, BMT-nin ən azı 22 işçi yaralanıb.
Oxşar xəbərlər
BMT-nin Qəzza zolağında ölən əməkdaşlarının sayı 35-ə çatıb
BMT-nin Qəzza zolağında ölən əməkdaşlarının sayı 35-ə çatıb. “Report” xəbər verir ki, bu barədə BMT-nin Yaxın Şərqdəki Fələstin qaçqınları üçün yardım və iş Age...