Anar Ələkbərov Venesiya Biennalesindən paylaşım edib
08
may
2026
13:44
Azərbaycan Respublikası Prezidentinin köməkçisi, Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərov Venesiya Biennalesində milli pavilyonumuzun açılışına dair paylaşım edib.
BAKU.WS xəbər verir ki, o, sosial media hesabında yazıb:
"İlin daha bir mühüm mədəni hadisəsi - Venesiya Biennalesi. Milli pavilyonumuzun açılışı baş tutdu. Azərbaycan ənənəvi motivlərlə müasir incəsənəti birləşdirən Faiq Əhmədin əsərləri ilə layiqincə təmsil olunur. Açılışda iştirak edən və layihənin təşkilində əməyi olan hər kəsə təşəkkürümüzü bildiririk".
Oxşar xəbərlər
Kompüterin yavaş işləməsinin gözlənilməz səbəbi açıqlanıb
Operativ yaddaşın həcminin çox olması kompüterin, xüsusilə də oyunlarda daha sürətli işləyəcəyinə zəmanət vermir. Buna təsir edən əsas amillərdən biri RAM modul...