SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə narkotik alverçilərinə qarşı 12 vilayətdə eyni vaxtda "Narkogüc" əməliyyatı keçirilib. 158 şübhəli saxlanılıb və külli miqdarda narkotik vasitə götürülüb.

BAKU.WS-in "TRT Haber"ə istinadən məlumatına görə, Daxili işlər naziri Əli Yerlikaya Diyarbəkir, Aydın, Antalya, Kütahya, Bitlis, Mersin, İstanbul, Elazığ, Nevşehir, Kütahya, Ərzurum və Qaziantepdə "Narkogüc" əməliyyatlarının təşkil edildiyini açıqlayıb.

Polis və jandarma əməkdaşlarının keçirdiyi əməliyyatlarda 158 "zəhər" satıcısı saxlanılıb.

Əməliyyatlar zamanı 6 ton marixuana, 200 kq sintetik narkotik və 30 min narkotik həb götürülüb.

Şübhəlilərdən 55-i həbs olunarkən, digərlərinin dindirilməsi davam edir.

BAKU.WS