SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə axşam saatlarında göydən parlayan obyektin düşməsi müşahidə olunub.

Meteorit hesab edilən obyekt Diyarbəkir, Malatya, Ərzurum, Elazığ, Qaziantep başda olmaqla bir çox şəhərdə görülüb.

Məsələ ilə bağlı Türkiyə Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb. Məlumatda bildirilir ki, düşən obyektdən sonra Kığı və Yayladere rayonlarında təhlükəli hal qeydə alınmayıb. Hadisə zamanı bəzi evlərin pəncərələrində titrəmə mşahidə olunub. 

Türkiyənin bir çox yerində görünən və meteorit sayılan obyektin düşmə anını təqdim edirik:

BAKU.WS

QALEREYA