Qəzzadakı müharibə İsrailə hər gün neçəyə başa gəlir?

Qəzzadakı müharibə İsrailə hər gün neçəyə başa gəlir?
Siyasət 0

İsrailin maliyyə naziri Bezalel Smotriç bildirib ki, 2023-2024-cü illər üçün milli büdcə Qəzzadakı müharibəni nəzərə alaraq artıq aktual deyil və dəyişdiriləcək.

BAKU.WS bu barədə "Reuters"ə istinadən xəbər verir.

Müharibənin İsrail üçün birbaşa xərclərini gündə təxminən 1 milyard şekel (246 milyon dollar) qiymətləndirən Smotriç, Qəzzada ehtiyat qüvvələrin kütləvi səfərbərliyi və kütləvi hava hücumları nəticəsində qismən iflic vəziyyətinə düşmüş bir iqtisadiyyat üçün dolayı xərclər barədə hələ ki, bir təxmininin olmadığını deyib.

Smotriç böhrana baxmayaraq İsrailin əhəmiyyətli büdcə kəsiri ilə üzləşəcəyini gözləmədiyini söyləyib.

Son xəbərlər