SİZİN REKLAM BURADA!
055 213 76 73


Kayserinin Pınarbaşı rayonunda sərnişin avtobusunun aşması nəticəsində 38 nəfər xəsarət alıb.

BAKU.WS bu barədə "TRT Haber"ə istinadən xəbər verir.

Bildirilir ki, Muş – Bursa marşrutu üzrə hərəkət edən sərnişin avtobusu Gürün – Pınarbaşı magistralının 70-ci kilometrliyində yolun qarşı zolağına keçərək aşıb.

Hadisə yerinə gələn xilasedicilər avtobusun pəncərələrini qıraraq sıxılıb qalan sərnişinləri xilas ediblər. 

Yaralılar Kayseridəki xəstəxanalara qaldırılıblar.

BAKU.WS