SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyənin Bursa vilayətinin İnegöl rayonunda tələbələri daşıyan tur avtobusu aşıb.

BAKU.WS "TRT Haber"ə istinadən xəbər verir ki, ilkin məlumata görə, qəza zamanı 3 nəfər həyatını itirib, 44 nəfər yaralanıb.

Qeyd olunur ki, Çanaqqala səfərindən Ankaraya dönən tələbələrin olduğu tur avtobusu sürücünün idarəetməni itirməsi nəticəsində baryeri keçərək aşıb.

Əraziyə polis, yanğınsöndürənlər və sağlamlıq qrupları cəlb edilib.

Yaralılara ilkin tibbi yardım göstərildikdən sonra xəstəxanalara aparılıb.

Qəza ilə bağlı araşdırmalara başlanılıb.

BAKU.WS
QALEREYA