SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyədə Anadolu şosesinin Bolu hissəsində sərnişin avtobusu aşıb. 

BAKU.WS "Haber Global"a istinadla xəbər verir ki, İstanbul istiqamətində hərəkət edən və içərisində 37 sərnişinin olduğu avtobus sürücünün idarəetməni itirməsi nəticəsində baryerlərə çırpılıb.

İlkin məlumata görə, qəzada Ayşe Özdemir, Dursun Çakmaklı və adı hələ bilinməyən bir qadın həyatını itirib, 32 nəfər yaralanıb.

Qəza yerinə çox sayda təcili yardım maşınları göndərilib. İlkin tibbi yardımdan sonra yaralılar Boludakı xəstəxanalara aparılıblar.

Hadisə ilə bağlı araşdırmalara başlanılıb.

BAKU.WS
VİDEO

QALEREYA