SİZİN REKLAM BURADA!
055 213 76 73


Oktyabrın 7-dən İsrail hərbçiləri Qəzza zolağında 425, ölkə ərazisində isə daha yüzlərlə fələstinli ekstremisti öldürüb. İsrailin cənubunda, Qəzza zolağı ilə sərhədə yaxın altı məntəqədə radikallarla aktiv toqquşmalar davam edir.

BAKU.WS “The Times of Israel” qəzetinə istinadən xəbər verir ki, bu barədə İsrail Müdafiə Qüvvələrinin rəsmi nümayəndəsi Daniel Haqari bildirib.

Onun sözlərinə görə, anklavla sərhədə yaxın Beeri, Kfar-Aza, Nirim və Alumim yaşayış məntəqələrində döyüşlər davam edir:

"Təxminən 70 terrorçu gecə ərzində Beeriyə daxil olub, onların əksəriyyəti öldürülüb, lakin bəziləri hələ də evlərdə gizlənib. Kfar-Azada 7 radikal müəyyən edilib, ekstremist tuneldən çıxış aşkar edilib. Daha altı radikal Nirim yaxınlığında, dördü isə Alumimdə müəyyən edilib".

Qeyd edək ki, şənbə günündən bəri İsrail ordusu Qəzza zolağında 1148 hədəfi vurub. Yüz minlərlə ehtiyatda olan hərbçi orduya çağırılıb.

BAKU.WS