Efirdə milyonda bir görülən OLAY: Kişi sevgilisinin doğduğu əkizlərdən sadəcə birinin atası çıxdı - VİDEO

Efirdə milyonda bir görülən OLAY: Kişi sevgilisinin doğduğu əkizlərdən sadəcə birinin atası çıxdı - VİDEO
Foto Video
Siyasət 2

Türkiyədə yayımlanan "Esra Erol'da" verilişində tibb tarixində yüz milyonda bir qeydə alınan hadisə baş verib.

BAKU.WS xəbər verir ki, sevgilisi ilə münasibətindən əkizləri dünyaya gələn kişinin, DNT testi nəticəsində uşaqlardan yalnızca birinin atası olduğu məlum olub.

Belə ki, Esra Erolun proqramına müraciət edən Betül Yurulmaz əri Veysel Yurulmazın ona xəyanət etdiyini deyərək kömək istəyib. 3 il əvvəl işləmək üçün Batmandan İstanbula gələn Veysel Yurulmazın daha əvvəl birlikdə olduğu Özge adlı qadından əkiz uşaqları olduğu ortaya çıxıb.

Arvadı ondan bir şərtlə boşanacağını açıqlayıb. Ərinin ona xəyanət etdiyi sevgilisindən doğulan əkizlərinin DNT testini tələb edib. Həyat yoldaşından boşanacağını və Özgeyə baxacağını deyən Veyselin körpələrində DNT testi aparılıb. Test nəticəsində Veysəl əkizlərdən yalnız birinin atası çıxıb. Məlum olub ki, bu hadisə tibb tarixində yüz milyonda bir qeydə alınan nadir bioloji vəziyyətdir.

Son xəbərlər