SİZİN REKLAM BURADA!
055 213 76 73


İtaliya və Liviya on ildən artıq bir fasilədən sonra şənbə günü kommersiya aviadaşımalarını bərpa ediblər, ölkələr arasında uçuşların bundan sonra həftədə bir dəfə həyata keçirilməsi gözlənilir.

BAKU.WS “report”a istinadən xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.

Şənbə günü uçuş Liviyanın “Medsky Airways” aviaşirkəti tərəfindən həyata keçirilib: sərnişinlər paytaxt Tripolidəki Mitiqa Beynəlxalq Hava Limanından Romadakı Leonardo da Vinçi Fyumiçino Hava Limanına yola düşüblər. Romadan qayıdan təyyarə şənbə günü Tripoliyə enəcək və gələcəkdə Liviya ilə İtaliya paytaxtları arasında birtərəfli uçuşlar şənbə günləri, geri dönüş isə çərşənbə günləri yerinə yetiriləcək.

BAKU.WS